Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə xüsusi karantin rejimi ilə bağlı gündəlik olaraq reydlər davam etdirilir.

23 oktyabr 2020 | 16:00

23 oktyabr 2020-ci il tarixində rayon ərazisində fəaliyyət göstərən mobil qruplar tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə bir neçə ticarət və digər vətəndaşların daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirilib. Aparılmış reydlər zamanı, tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 61 ticarət və 64 digər obyektə baxış keçirilmişdir. 4 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 2 nəfər ticarət obyektinin, 1 nəfər bərbər salonunun, 1 nəfər  internet klubun və 1 nəfər avto yuma məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat  məbləğində cərimə olunmuşdur. Mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işləri və gündəlik olaraq reydlər davam etdirilir.

Keçidlər