Xüsusi karantin rejimi ilə bağlı ticarət və digər obyektlərə nəzarət işləri gücləndirilib.
24 oktyabr 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı onlar ticarət, ictimai-iaşə, və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 61 ticarət və 67 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 3 nəfər rayon sakininə, 1 nəfər fındıq qəbulu məntəqəsinin və 1 nəfər iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq rayon ərazisində xüsusi karantin rejimi ilə bağlı nəzarət işləri davam etdirilir.