Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"22 iyul Milli mətbuat günüdur" adlı tədbir keçirilib

22 iyul 2023 | 08:51

Qəbələ Rayon Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "22 iyul Milli mətbuat günüdur" adlı tədbir keçirilib. Tədbiri giriş sözü mərkəzin direktor əvəzi Kəmalə Qasımova açaraq 22 iyul Milli mətbuat gününün tarixi, yaranma zərurəti, xalqa xidməti, maarifləndirmə işinin təşkili və fəaliyyəti istiqamətində geniş məlumat vermişdir. Tədbirdə çıxış edənlər Azərbaycanda ilk mətbuat nümunəsi olan “Əkinçi” qazetinin təsisçisi Həsən bəy Zərdabinin xalqın cəhalətdən ayılması, elmə - təhsilə bağlanması yolunda, eləcə də mövhumatdan uzaq bir cəmiyyətin qurulmasında göstərdiyi əzm və fədakarlıqlardan danışmış, “Əkinçi” qəzetinin səhifələrində vaxtilə Qəbələ rayonu haqqında da məlumatın dərc olunmasını vurğulamışlar. Sonda Azərbaycan mətbuatının inkişafından bəhs edən videoçarx nümayiş olunmuşdur.

Keçidlər