22 İyul - Milli Mətbuat Günüdür
22 iyul 2025 | 18:42
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində 22 İyul - Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələri - Qəbələ TV-nin, “Qəbələ” qəzetinin, “Qəbələ Yazıçılar” Birliyinin nümayəndələrilə görüş keçirilib. Tədbirdə Azərbaycan milli mətbuatının yaranma tarixinə, keçdiyi çətin və şərəfli yola nəzər salınıb, mətbuatın azad düşüncənin və ictimai şüurun formalaşmasında mühüm rol oynadığı qeyd edilib.













