Qəbələ rayonunda 2012-ci ilin doqquz ayında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair müşavirə keçirilmişdir
Qəbələ rayon icra hakimiyyətinin akt zalında Qəbələ rayonunda 2012-ci ilin doqquz ayında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə dair geniş müşavirə keçirilmişdir. Müşavirədə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli inzibati ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar və qeyri hökümət təşkilatlarının rəhbərlərinin iştirakı təmin olunmuşdur.
Müşavirəni açıq elan edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat məruzəsində 2012-ci ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söz açmışdır. Diqqətə çatdırılmışdır ki, 2012-ci ilin 9 ayı sosial-iqtisadi sahədə Qəbələ rayonu üçün də uğurlu olmuşdur.
Ötən müddət ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 207.542 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15.359 min manat yaxud 8 % çox olmuşdur.
Cari ildə keçən ilə nisbətən ümumi məhsul buraxılışı kənd təsərrüfatında 1.344 min manat, yaxud 3 %, tikintidə 15.576 min manat, yaxud 14 %, nəqliyyatda 179 min manat, yaxud 8 %, rabitədə 57 min manat, yaxud 11 %, ticarətdə 1.771 min manat, yaxud 9 % artmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 1.996 manatdan 125 manat, yaxud 6 faiz artaraq 2.121 manata çatmışdır.
Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 65,4 % təşkil etmişdir.
2012-ci ilin 9 ayında sənaye müəssisələrində çalışan 569 nəfər işçinin orta aylıq nominal əmək haqqı 300 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 9 faiz çox deməkdir.
2003-cü ilin oktyabr ayından 01 oktyabr 2012-ci ilədək 10.718 yeni iş yeri açılmışdır. Ondan 8.670-i daimi iş yeridir. Cari ilin 9 ayında açılmış yeni iş yerlərinin sayı 676, ondan daimi iş yerlərinin sayı 676 olmuşdur.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 126.837 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 115.421 min manat təşkil etmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəlmiş investisiyanın həcmi 15.576 min manat, yaxud 14 % artmışdır.
Rayonun yerli gəlirləri 2012-ci ilin 9 ayında 6.067,3 min manat proqnoza qarşı 7.144,7 min manat (118%) və ya 1.073,4 min manat çox, o cümlədən öz gəlirləri 5.882,5 min manat proqnoza qarşı 7.116,3 min manat (121%) və ya 1.233,8 min manat çox,yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 6.292,5 min manat dürüstləşdirilmiş proqnoza qarşı 6.655,2 min manat (106%) və ya 362,7 min manat çox, yerli xərcləri dürüstləşdirilmiş 12.175,0 min manat proqnoza qarşı 12.050,3 min manat (99%) və ya 124,6 min manat az icra olunmuşdur. Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 1-i kəsirlə yerinə yetirilmiş, həmin gəlirlər üzrə 10,0 min manat az vəsait daxil olmuşdur. Digər növ gəlirlər üzrə 1.243,7 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 1.233,7 min manat çox yerinə yetirilmişdir. Yerli büdcənin hesabında 01 oktyabr 2012-ci il tarixə 1.721,2 min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
2012-ci ilin 9 ayı ərzində 10 kV-luq hava xəttinin 28,1 km məsafəsinin əsaslı və cari təmiri planlaşdırılmış, 2,09 km məsafəsi əsaslı, 24,5 km məsafəsi cari təmir edilmişdir. Vəndam qəsəbəsində 1,2 km, Qəbələ şəhərində küçələrin yenidən qurulması ilə əlaqədar Səməd Vurğun küçəsində 0,5 km 10 kV-luq hava xətti yenidən qurulmuş, Z.Əliyeva küçəsində 2,4 km 10 kV-luq hava xəttiinin yeri dəyişdirilərək Dəmiraparan çay yatağında yenidən tikilmişdir. Ötən müddətdə 0.4 kV-luq hava xəttinin 33,2 km məsafəsinin əsaslı və cari təmiri planlaşdırılmış, 15,01 km məsafədə əsaslı, 20,2 km hissəsində cari təmir işləri yerinə yetirilmişdir. Vəndam qəsəbəsində 4,5 km məsafədə 0.4 kV-luq hava xətti yenidən qurulmuş, 6,69 km metal naqillər SİP kabellə, 59 ağac dayaq yeni dəmir beton dayaqlarla əvəz edilmişdir.Nohurqışlaq kəndində 0,5 km 0.4 kV-luq hava xətti yenidən qurulmuş, Qəbələ şəhərində 5,25 km məsafədə 0.4 və 0.22 kV-luq hava xətti SİP kabel xətti ilə əvəz edilmişdir. 10/0.4 kV-luq transformatorun 26 ədədi cari, 16 ədədi əsaslı təmir edilmişdir. 26,59 km məsafədə 10 kV-luq, 35,21 km məsafədə 0.4 kV-luq hava xəttinin mühafizə zolağı ağac kütlədən təmizlənmişdir.
2012-ci ilin 9 ayı ərzində bütün növ istehlakçı qruplar tərəfindən 19.938,1 min kub/metr təbii qaz istehlak edilmişdir. İstehlak edilmiş təbii qazın dəyəri artıqlaması ilə yığılaraq ümumi yığım məbləği 102,3 % təşkil etmişdir. Həmin göstərici əhali sektoru üzrə 102,6 %, büdcə təşkilatları üzrə 90,7 %, sənaye, kommersiya və digər təşkilatlar üzrə üzrə isə 102,9 % təşkil etmişdir. 9 ay ərzində 338 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 8.952-yə çatdırılmışdır.
Qəbələ şəhərinin Musabəyov küçəsində 2 ədəd, hərbi şəhərciyin qaz xətti üzərində 1 ədəd QTŞ (qaz tənzimləyici şkaf) quraşdırılmışdır. Səməd Vurğun, Nizami, 28 May və Zərifə Əliyeva küçələrində aparılan abaddlıq işləri ilə əlaqədar 57 mm diametrli polad boru ilə ümumilikdə 1.048 p/m məsafədə, həmçinin şəhərin ayrı-ayrı küçələrində və kəndlərdə qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 748,5 p/m müxtəlif diametrli korroziyaya uğramış polad borular yeni borular ilə əvəz edilərək yeni qaz xətti çəkilmişdir. Həmin qaz xətlərinin çəkilməsi zamanı 3 ədəd tənzimləyici və 13 ədəd müxtəlif ölçülü siyirtmə quraşdırılmışdır.Beynəlxalq Hava Limanı istiqamətində yolun çəkilməsi ilə əlaqədar “Az QUR” MMC tərəfindən 530 mm diametrli polad borudan 273 metr, 273 mm diametrli polietilen borudan 40 metr futliyarlar salınmış, müxtəlif diametrli polad və polietilen borulardan 457 metr qaz xətti çəkilmişdir. 16 saylı Təmir Tikinti İdarəsi tərəfindən Vəndam, Bum və Nic qəsəbələri üzrə müxtəlif diametrli borularla ümumilikdə 18.040 p/m məsafədə daşıyıcı qaz xətləri çəkilmişdir, Hal hazırda Bum qəsəbəsi və Nohurqışlaq kəndinin qazlaşdırılması üçün tikinti işlərinə başlanmış, Nic qasəbəsi və Qəmərvan kəndi istiqamətində daşıyıcı qaz xətlərinin çəkilişi həyata keçirilir. Ötən dövr ərzində 2.550 ədəd qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilmiş bu günədək 6 ədəd subartezian quyusu qazılmış. 2 ədəd 1000 kub/metrlik, 4 ədəd 600 kub/metrlik, 4 ədəd 500 kub/metrlik su anbarlarının və labaratoriya binasının tikintisi qurtarmış, anbarlar su ilə doldurulmuş, germetikliyi yoxlanmışdır. Hazırda qurğularda və xlorator binasında tamamlama işləri aparılır. “Qaraçay”, “Duruca”, “Qarasu” su mənbələrində yerləşən anbarlar lil və qumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar 180 metr müxtəlif diametrli plastik borular yenisi ilə əvəzlənmişdir. Əhali qrupu üzrə 30 abonentə və 2 təşkilata su sayğacı quraşdırılmışdır.Mövcud kanalizasiya xətlərində cari təmir işləri aparılmış, Səməd Vurğun küçəsində 400 m, Nizami küçəsində 180 m, İsmayıl Bəy Qutqaşınlı küçəsində 600 m kanalizasiya xəttində təmizləmə işləri aparılmışdır. Səməd Vurğun küçəsində 100 m 300 mm diametrli azbest boru ilə yeni kanalizasiya xətti çəkilmişdir. 9 ay ərzində 148,8 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmiş, həmin məbləğin 89,7%-i yığılmışdır. Bu göstərici əhali sektoru üzrə 86 %, büdcə təşkilatları, kommersiya və digər təşkilatlar üzrə 100,0% təşkil etmişdir.
Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 9 ay ərzində respublika əhəmiyyətli avtomobil yollarında 214,9 min manatlıq, yerli əhəmiyyətli yollarda isə 214,6 min manatlıq cari təmir və yolların saxlanılması işləri görülmüşdür. Qəbələ şəhərinin 28 may küçəsində 350,6 min manatlıq asfaltlama və təmir işləri aparılmışdır.
Qəbələ Telekommunikasiya qovşağı 2012-ci ilin 9 ayında 671,6 min manat tarif gəliri proqnozuna qarşı 692,5 min manat gəlir əldə etmiş, proqnoz tapşırığına 103,1% əməl etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6%, yəni 60,7 min manat artıq gəlir əldə edilmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ Filialı 2012-ci ilin 9 ayında 130,4 min manata qarşı 122,5 min manatlıq poçt-rabitə xidməti göstərərək proqnoz tapşırığını 94 % yerinə yetirmişdir. Məlikli, Zalam,Yenikənd,Quşlar,Bunud və Bayramkoxalı kənd poçt şöbələrində yeni binaların tikilməsi üçün bütün sənədləşmə işləri başa çatdırılmış, aidiyyatı üzrə “Azərpoçt” MMC-yə göndərilmişdir. Qəmərvan poçt şöbəsi üçün yeni müasir bina tikilərək istifadəyə verilmişdir.Qəbələ Poçt Filialının inzibati binası əsaslı təmir edilmişdir.
Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cari ilin 9 ayı ərzində 76 nəfər 18 yaşadək əlil uşağa, 102 nəfər I,II və III qrup əlillərə, 18 ailənin 33 nəfər uşağına ailə başçısını itirməyə görə müavinət təyinatı aparılmışdır. Bundan başqa 1.044 ailəyə 1.107 uşağın anadan olmasına görə, 13 nəfərə dəfn üçün birdəfəlik müavinət ödənmişdir. 310 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, həmin ailələrdən 1 yaşadək körpəsi olan 23 ailənin 23 uşağına müavinət təyin edilmişdir.Hal-hazırda mərkəzdə 384 hərəkətdə olan ünvanlı sosial yardım işi vardır.
Dövlət Sosial Müdafiə Fondu Qəbələ Rayon Şöbəsi tərəfindən 2012-ci ilin 9 ayının yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 3.550,3 min manata qarşı 3.346,4 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, 9 aylıq proqnoza 94,3% əməl olunmuşdur. 9 ay ərzində 921 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 40 nəfər hüquqi, 724-ü fiziki şəxs, 157-si isə pay torpaq mülkiyyətçisi olmuşdur. 01oktyabr 2012-ci il vəziyyətinə şöbə üzrə 11.634 pensiya işi üzrə 12.022 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Pensiyaçılara təyin olunmuş ümumi pensiya məbləği 9 ayda 14.012,3 min manat, bir pensiya işi üzrə orta aylıq pensiya məbləği 134 manat 11 qəpik təşkil etmişdir. İndeksləşmə nəticəsində pensiyaların orta aylıq məbləği 130 manat 54 qəpikdən 133 manat 89 qəpiyə çatdırılmış, başqa sözlə 2,56% yüksəlmişdir.
Qəbələ Rayon Məşğulluq Mərkəzində 9 ay ərzində işsiz və işaxtaran kimi 494 nəfər vətəndaş qeydiyata alınmış, onların 17 nəfərinə işsizlik ststusu verilmişdir. Qeydiyyatdan keçmiş 494 nəfərdən 283 nəfəri münasib işlə təmin edilmiş, 23 nəfərə işsizlik müavinəti ödənmişdir. 17 nəfər qadın “Xalçaçılıq” kursunu bitirmiş, 25 nəfər işaxtaran 1 ay müddətinə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 372 min kub/metr lildən təmizlənmiş, Dəmiraparan, Bum, Həmzəli, Tikanlı, Vəndam, Türyançay çaylarında 764 min kub/metr çay məcrası təmizlənmiş, 225 kub/metr qabion bəndi qurulmuş, 1.872 kub/metr daş beton bəndi təmir edilmişdir.
Təhsil islahatı proqramının yerinə yetrilməsi sahəsində rayonumuzun təhsil müəssisələrində əvvəlki illərdə başlanılmış işlər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində 2012-ci ilin 9 ayı ərzində də uğurla davam etdirilmişdir.
2011-2012ci tədris ili başa çatmış, ümumiliklə təlimin göstəriciləri qənaətbəxş olmuşdur. Belə ki, biliyi qiymətləndirilən 16647 nəfərdən 4047 nəfəri əla, 10234 nəfəri yaxşı qiymətlərlə oxumuşlar. Beləliklə, ilin müvəffəqiyyət göstəricisi 99,7 faiz, keyfiyyət göstəricisi isə 61 faiz olmuşdur.
Ümumtəhsil məktəblərini bitirən 1197 nəfər şagirdlərdən 809 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 426 nəfəri ali məktəbə qəbul olunmuşdur. Bu da əvvəlki illə müqayisədə 33 nəfər çoxdur. Ali məktəblərə qəbul olunanların 76 nəfəri 500-dən yuxarı, 27-nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Ali məktəblərə qəbulun nəticələrinə görə rayonun şəhər 1, 2, 3, 4 Vəndam qəsəbə 1, 2 ,3 , Zarağan kənd 1, 2 saylı, Tüntül, Nohurqışlaq, Xırxatala, Əmirvan kənd tam orta məktəbləri fərqlənmişlər.
2012-2013-cü tədris ilinə hazırlıqla əlaqədar bütün məktəblərdə cari təmir işləri aparılmış və ciddi təmirə ehtiyacı olan Böyük Əmili, Soltannuxa və Böyük Pirəli məktəblərinin, eləcə də Bayramkoxalı kənd tam orta məktəbinin idman zalının üst örtükləri dəyişdirilmişdir. Yeni dərs ilinə məktəblərimiz 16545 nəfər şagirdlə başlamışdır. Onlardan 1590 nəfəri I sinfə qəbul olunmuşdur. I və V siniflərdə dərs deyəcək müəllimlər kurikulum hazırlıq kurslarından keçərək sertifikat almış, digər ixtisas müəllimləri isə fənn proqramları və lazımı metodiki ədəbiyyatlarla təmin olunmuşdur.
Həmçinin 17 imkansız ailənin uşaqlarına məktəbli forması və dərs ləvazimatı verilmiş, 17 nəfər xəstə uşaqlar fərdi təhsilə cəlb olunmuşdur.
Məktəblərin fənn kabinetləri zənginləşdirilmiş və 128 adda 29602 ədəd dərslik gətirilərək bölgü əsasında məktəb kitabxanalarına verilmişdir.
Yerli büdcə hesabına alınmış 95033 min manatlıq inventar və avadanlıq ehtiyacı olan məktəblərə çatdırılmış, şəhər 3 saylı və Vəndam qəsəbə 1 saylı tam orta məktəblərinin akt zalları yeni oturacaqlarla təmin olunmuşdur.
Kadra olan eytiyacı ödəmək məqsədi ilə test imtahanlarından keçən 23 nəfər müəllim məktəblərə işə qəbul edilmişdir.
Təhsilin informasiyalaşdırılması sahəsində də əhəmiyyətli naliyyətlər əldə edilmişdir. Hazırda rayonun ümumtəhsil məktəblərində 481 komputerdən istifadə olunur və 43 komputer sinfi fəaliyyət göstərir. Cari dərs ilində daha 11 məktəb surətli internet şəbəkəsinə qoşulmuş, ümumiliklə belə tədris müəssisələrinin sayı 17-yə çatdırılmışdır.
Yeni dərs ilinə hazırlıqla əlaqədar təlim-tərbiyə müəssisələrinin qış mövsümünə hazırlanması yanacaq və istiliklə təmin olunması sahəsində də iş aparılmışdır. Hazırda 21 məktəb qazanxana istilik sistemi ilə qızdırılır. Bu il daha 4 məktəbdə istilik sistemi işə salınacaqdır.
Digər məktəblər isə 70 faiz odunla təchiz olunmuşdur.
Həyata keçirilən bu tədbirlərlə yanaşı təhsil ocaqlarında bir sıra çətinliklər də mövcuddur.
Belə ki, sinif otaqlarının çatışmamasından məktəblərin 21-i hələ də iki növbədə işləyir.
Qəbələ şəhər 5 saylı tam orta, Bum qəsəbə tam orta və Bılıx kənd tam orta məktəblərində tikinti və əsaslı təmirə ciddi ehtiyac vardır.
Rayon Mərkəzi Xəstaxanasında həkimlərin sayı 135, orta tibb işçilərinin sayı 347 nəfərdir.
Rayon üzrə 2 xəstaxa, 12 kənd həkim məntəqəsi, 33 tibb məntəqəsi fəaliyyətdədir. Onlardan 6 kənd həkim məntəqəsinin, 11 tibb məntəqəsinin təmirə ehtiyacı var. Tüntül, Zarağan, Yenikənd kənd həkim məntəqələrinin, Kiçik Pirəli, Solquca, Uludaş, Bunud, Dizaxlı, Böyük Əmilli, Məlikli, Mamaylı və Bılıx tibb məntəqələrinin binaları qəzalı vəziyyətdədir.
Rayon Mərkəzi Xəstəxanasına 2012-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən 45563,00 manatlıq tibb avadanlığı alınmışdır. Xəstəxanada cari təmir işləri aparılmış, kanalizasiya sistemi yenidən qurulmuşdur.
Cari ilin ötən dövrü ərzində doğum şöbəsində 1512 və 1 ev doğuşu baş vermişdir. Bir yaşadək uşaq ölumu 3, perinatal ölüm 16, neopatal ölüm 4 olmuşdur.
Ötən dövr ərzində 2865 nəfərə stasionar, 317 nəfərə cərrahi, 134858 nəfərə ambulator tibbi xidmət göstərilmişdir.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinə tibbi müayinələrin aparılması üçün xüsusi əhəmiyyət kəsb edən bir ədəd müasir tipli elektroensefoloqraf, bir ədəd rəqəmsal ultrasəs diaqnostik portativ aparatı və bir ədəd qan komponentlərinin saxlanılması üçün soyuducu alınmışdır.
Mərkəzdə 28-29 may 2012-ci il tarixlərində 4 nəfər donordan 4 nəfər xəstəyə böyrək transplantasiyası edilmişdir.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin strukturunda 14 mədəniyyət evi, 22 klub, Heydər Əliyev Mərkəzi, İncəsənət məktəbi, Dövlət Rəsm Qalareyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 26 filialı, Tarix-Bədii Qoruğu fəaliyyət göstərir.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 2012-ci ilin doqquz ayı ərzində dövlət bayramlarının, tarixi hadisələrin, yubileylər və əlamətdar günlərin qeyd olunması istiqamətində xeyli işlər görülmüşdür.
Bu il Bakıda keçirilən Xan Şuşiniski adına II Respublika Muğam Müsabiqəsində, Şəki şəhərində keçirilən respublika incəsənət məktəbləri şagirdlərinin xor müsabiqəsində, Masallıda keçirilən respublika uşaq muğam müsabiqəsində rayon incəsənət məktəbinin şagirdləri uğurla çıxış etmişlər. Məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüş, zəruri inventar-avadanlıqlar alınmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 06 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2009-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.1.5 bəndində şəhər, rayon kitabxana filiallarrının birləşdirilməsi, onların daha səmərəli fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Qəbələ rayonunda kitabxanaların müasir oxucu tələblərinə cavab verməsi istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir. Mərkəzi Kitabxana Sisteminə və filiallarına yeni avadanlıqlar alınmış, kompüterlər verilmiş, respublika kitabxana kollektorundan yeni kitablar gətirilmişdir. Eyni zamanda, “Elektron kitabxana” yaradılması istiqamətində mərkəzi kitabxanada bir çox işlər görülmüşdür. Elektron kitabxananın fəaliyyət göstərməsi üçün vacib olan 1300 manat dəyərində SD formatda kitablar alınmışdır. 10 kəndin kitabxanası internet ilə təchiz edilmişdir. İlin sonunadək elektron kataloqların işlənməsi üçün vacib olan yeni modulların alınması nəzərdə tutulmuşdur.
Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2012-ci ilin 9 ayı ərzində 40 tədbir həyata keçirilmişdir. Bunlardan 22 tədbir gənclərlə iş sahəsini, 18 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir. Keçirilən respublika tədbirlərində Qəbələ gənclərinin və idmançılarının da iştirakı təmin olunmuşudur. Belə ki, gənclərlə iş sahəsində respublika üzrə keçirilən 13 tədbirdə, idman sahəsi üzrə isə 27 yarış və birincilikdə komandalarımız iştirak etmiş və bir sıra nailiyyətlər əldə olunmuşdur.
Yaz çağrışına həsr edilmiş ”Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının zona yarışında Qəbələnin komandası III yerə çıxmışdır.
“Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında keçirilən V Azərbaycan çempionatının zona mərhələsində rayonumuzun “Qəbələ” komandası II yerə layiq görülərək finala vəsiqə qazanmışdır
Bunlarla yanaşı rayonumuz idman ilində bir neçə beynəlxalq və respublika səviyyəli yarışlara - “Offroard” avtomobil yarışı üzrə beynəlxalq turnirə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq Velosiped Turnirinə, I Qəbələ Kuboku Futbol Turnirnə, “Olimpiya Yol Yürüşü” adlı kütləvi-idman tədbirinə, Velosiped Üzrə Azərbaycan Çempionatına, I Ümumrespublika “Gənc xilasedici və yanğınsöndürən” yarışının final mərhələsinə ev sahibliyi etmişdir. Rayonda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinin nəticəsidir ki, sərbəst-güləş, boks və taekvondo üzrə Azərbaycan yığma komandaları təlim-məşq üçün Qəbələni seçmişlər.
Keçirilən tədbirlərin mahiyyət baxımından əhəmiyyəti dövlət siyasətinin düzgün təbliğinin təşkili, hüquq tərbiyəsi, cinayətkarlıq hallarına qarşı mübarizə, istedadlı gənclərin üzə çıxarılması, bədən tərbiyəsi və idman sahəsində isə yeniyetmə, gənc, bacarıqlı idmançıların aşkar olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, dərəcəlı idmançıların hazırlanmasından ibarətdir.
“Azərbaycan gəncliyi 2011-2015 ci illər” Dövlət Proqramına uyğun olaraq, müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı, 2012-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İdman ili” elan edilməsi idmancılarımızın məsuliyyətini artırmış, onların idmanda yeni uğurlar qazanmasına stimul vermişdir.
Qəbələ Peşə məktəbini bu il 103 nəfər şagird bitirmişdir.
Məzunların 3 nəfəri təhsillərini davam etdirmək üçün ali və orta ixtisas məktəblərinə getmiş, 11 nəfəri hərbi xidmətə çağırılmış, 72 nəfəri isə daimi və mövsümü işlə təmin olunmuş, 17 nəfər məzuna azad təyinat hüququ verilmişdir. Onların işlə təminatı 69,9 % olmuşdur ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur.
Məktəbi bitirən şagirdlər əsasən avtoservis xidmətində, suvarma sistemləri idarəsində, poçt şöbəsində,bələdiyyələrdə, inşaat-tikinti işlərində, su-kanal, yol-istismar sahəsində, mehmanxanalarda, otellərdə və başqa təşkilatlarda işlə təmin olunmuşdur.
Qəbələ Peşə Məktəbi öz fəaliyyətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı»na (2007 – 2012 –ci illər) uyğun qurmuş, yüksək ixtisaslı sənətkarların hazırlanması üçün əzmlə çalışmışdır.
Qəbələ Turizm və Otelçilik Üzrə Peşə Tədris Mərkəzində 199 şagird təhsil alır.
2011-2012 –ci il tədris ilində mərkəzi 136 nəfər məzun bitirmişdir.Onlardan 38 nəfəri ümumi orta təhsil bazasından aşpaz – qənnadıçı peşəsi və mehmanxana inzibatçısı ixtisası üzrə təhsil almış, 98 nəfəri isə tam orta təhsil bazasından bir illik təhsil müddəti üzrə aşbaz, barmen, mehmanxana inzibatçısı peşələrinə yiyələnmişdir.
Yeni dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şagird qəbulu planına əsasən 140 nəfər məktəbə (dövlət hesabına) qəbul olunmuşdur. Qəbul üçün müraciət edən gənclər təkcə Qəbələ rayonunun qəsəbə və kəndlərini əhatə etmir, o cümlədən respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edirlər. 2012-2013-cü tədris ilindən etibarən mərkəzdə əməliyyatçı mühasib, komputer operatoru, mehmanxana qeydiyyatçısı ixtisasları üzrə qruplar da fəaliyyət göstərməyə başlamışdır.
2012-ci ilin ötən dövrü ərzində dövlət vəsaiti hesabına Topbağ kəndində 80 şagird yerlik ümumi orta, Tövlə kəndində 180 şagird yerlik tam orta, Nic qəsəbəsində 360 şagird yerlik tam orta, Solquca kəndində 80 şagird yerlik ibtidai məktəb binaları, Bum qəsəbəsində 25 şagird yerlik uşaq bağçası və Qəbələ şəhərində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Rayon Şöbəsi üçün inzibati bina tikilmişdir. Vəndam qəsəbə 1 saylı tam orta məktəbində əsaslı təmir işləri görülmüşdür. Kiçik Pirəli kəndində 180 şagird yerlik tam orta məktəb binasında tikinti işləri, Qəbələ şəhərindəki mədəniyyət mərkəzində, Çuxur Qəbələ kəndindəki oteldə, Yengicə kəndindəki istisu sağlamlıq mərkəzinin yeni korpusunda, “ASPİ-AQRO” MMC-nin Qaradeyin kəndindəki şərab zavodunda, Qəbələ-Küsnət-Laza avtomobil yolunda və həmin yolda Duruca və Dəmiraparan çayları üzərində körpülərdə, Qəbələ Şəhər Məscidinin binasında son tamamlama işləri aparılır. Qəbələ Beynəlxalq Hava Limanı – Qəbələ şəhəri magistral avtomobil yolunda tikinti və abadlıq işləri davam etdirilir.
Bundan başqa Qəbələ şəhərində futbol akademiyasının, stadionlar kompleksinin, “Karvansaray” otel kompleksinin, “Qəbələ Konqres Mərkəzi”nin, atçılıq kompleksinin, Bum qəsəbəsində stend və ox atıcılığı kompleksinin, Duruca müvəqqəti yaşayış ərazisində “Kanat yolun” və “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin sentyabr ayının 10-da respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində rayonumuza gələn zaman Qəbələ Mədəniyyət Mərkəzinin, şəhər məscidinin binasında tamamlama, stend və ox atıcılığı kompleksində, karvansaray kompleksində, “Tufan” dağ-xizək yay-qış istirahət kompleksində, Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycanda qolfun populyarlaşdırılması və bu idman növünə marağın artırılması məqsədilə rayonda qolf idman meydançasının, habelə qolf akademiyası və klubunun yaradılması qərara alınmışdır. Layihəyə əsasən Qəbələ rayonu ərazisindən keçən Dəmiraparan çayı ilə ətrafdakı dağ massivinin arasındakı 80 hektarlıq ərazidə qolf meydançasının, qolf klubunun, hotel binasının və müvafiq infrastruktur obyektlərinin inşası nəzərdə tutulmuş, çayın sahilində istinad divarlarının tikilməsi planlaşdırılmışdır. Səfər zamanı cənab İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını vermişdir.
Qəbələ şəhərinin Səməd Vurğun və Nizami küçələrində abadlıq və yenidənqurma işləri başa çatdırılmış, Zərifə Əliyeva küçəsində, Vəndam qəsəbəsindən keçən magistral avtomobil yolunda, Nic qəsəbəsinin mərkəzi küçəsində və qəsəbə parkında isə tikinti və abaqlıq işləri davam etdirilir.
Vəndam qəsəbəsində 550 başlıq “Heyvandarlıq ferma kompleksi”, Böyük Əmili kəndində isə “Heyvandarlıq kompleksi” inşa edilir.
Qəbələ Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ilin əvvəlindən yolxucu xəstəliklərin qarşısının alınması, sanitar profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı sahələr və yolxucu xəstəliklər üzrə kompleks tədbirlər planı tərtib olunmuş və bu planlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
2012-ci ildə təqvim üzrə immunizasiyaya cəlb ediləcək uşaqlar müəyyənləşdirilmiş və bununla bağlı plan tutularaq rayonun bütün müalicə- profilaktika idarələrinə paylanılmışdır. Müalicə idarələri kifayət qədər BSJ, polimielit, hepatit B, AKDS, QPM və ADS vaksini ilə təmin edilmişdir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin forması və aparılması qaydası haqqında” əsasnaməyə uyğun olaraq mərkəz tərəfindən rayon ərazisində olan 148 sahibkarlıq subyektində sanitar müayinələri aparılmışdır.
Aprel ayında rayonda yerləşən istirahət mərkəzləri və pansionatların mövsümə hazırlıq vəziyyəti yoxlanılmış, bu sahədə aşkar olunan çatışmamazlıqların aradan qaldırılması, müəssisələrin sanitar gigiyenik vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tələb və təkliflər verilmişdir.
İyun ayında istirahət mərkəzlərində aparılan sanitariya müayinələri zamanı GEM tərəfindən verilən tapşırıqların əksəriyyətinin icra olunduğu, obyektlərin demək olar ki, mövsümə hazır vəziyyətdə olduğu müəyyən olunmuşdur.
Sanitar qaydalarını pozduğuna görə ictimai iaşə, ticarət və digər xidmət müəssisələrində işləyən 36 nəfər fiziki şəxs cərimə olunmuş, 10 nəfər cərimə məbləğini vaxtında ödəmədiyinə görə məhkəməyə verilmişdir. Sanitar tələblərə cavab verməyən 6 obyektin fəaliyəti müvəqqəti olaraq dayandırılmışdır.
Rüb ərzində 81 heyvan dişləməsi haqqında məlumat alınmışdır. Zərəçəkənlərə rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində peyvənd işləri aparılmışdır. Sahibsiz it və pişiklərin məhv edilməsi ilə bağlı rayonun bütün qəsəbə və kənd icra nümayəndəluklərinə və bələdiyyələrə rəsmi məktublar göndərilmişdir.
Qəbələ rayonunda yerləşən bütün yaşayış məntəqələrindən 150 su nümunəsi götürülərək bakterioloji və kimyəvi müayinə üçün laboratoriyaya göndərilmişdir.
Sanitar qaydalarını pozduğuna görə 18 nəfər vəzifəli və fiziki şəxs cərimə olunmuş, sanitar tələblərinə cavab verməyən 2 obyektin fəaliyəti müvəqqəti olaraq dayandırılmışdır.
Regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramlarında, həmçinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda aqrar sahə üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynamışdır. Son illərdə islahatların dərinləşməsi, ictimai və makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin yuksəldilməsi xalqımız tərəfindən rəğbət hissi ilə qarşılanır.
Aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində, bütövlükdə respublikada olduğu kimi, rayonumuzun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Xüsusilə qeyd etmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır.
Rayon komissiyası tərəfindən Sərəncamın icrası ilə əlaqədar olaraq 2011-ci ilin sonunda torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına 795420 manat yardım hesablanmış və həmin vəsait bu ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Bundan əlavə rayon komissiyası tərəfindən cari ilin iyun ayında rayonun 2139 nəfər torpaq sahibkarına əkin sahələrinin becərilməsinə görə 1.069 568 manat yardım hesablanmış və həmin vəsait plastik kartlar vasitəsilə sahibkarlara ödənilmişdir.
Rayonun iqtisadiyyatının əsasını təşkil edən taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar 2012-ci iln məhsulu üçün 25820 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir. Onun 20150 hektarını buğda, 5670 hektarını isə arpa sahələri təşkil edir. Biçilmiş sahələrdən 62132 ton məhsul toplanmış və məhsuldarlıq hər hektardan 24 sentner olmuşdur.Sonrakı illərdə bütün aqrotexniki qaydalara riayət edərək taxılçlıqda məhsuldarlığı yüksəltmək və bu hesaba taxıl sahələrini azaltmaq istiqaməti əsas götürüləcəkdir. Azad olmuş sahələrdə isə inkişaf edən heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün yem bitkilərinin əkini genişləndiriləcəkdir.
Torpaq sahibləri tərəfindən indiyədək 2012-ci ilin məhsulu üçün 5912 ha sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 1074 hektarını kartof , 2086 hektarını tərəvəz, 1362 hektarını qarğıdalı, 132 hektarını bostan bitkiləri, 1258 hektarını isə birillik və coxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7017 ton kartof, 9387 ton tərəvəz, 1868 ton bostan məhsulu, 3228 ton qarğıdalı, 11148 ton meyvə, 1855 ton üzüm istehsal olunmuşdur. Payız əkini üçün 10930 hektar sahədə şum sürülmüşdür.
Cari ilin ötən dövrü ərzində rayonda mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 8654 ədəd torpaq nümunəsi və 3012 məhsul nümunələri götürülərək laboratoriya analizindən keçirilmiş və nəticələri barədə torpaq mülkiyyətçilərinə məlumat verilmişdir.
Keçən dövr ərzində ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilmişdir.Belə ki, 9 ay ərzində alaq otlarına qarşı 8682 hektar, gəmiricilərə qarşı mübarizə məqsədi ilə isə 8160 hektar sahə dərmanlanmışdır.
Cari ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinə laboratoriya analizinə gətirilmiş qarğıdalı, kartof, yonca, kişniş, taxıl toxumları yoxlanılmış və müvafiq rəy verilmişdir.
İnzibati ərazi dairələrinin elektron xəritələrinin işlənməsi davam etdirilmişdir. Mübahisəli torpaq sahələrinin naturada ayrılması, şəxsi torpaqlarla bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, ölçülərin aparılması istiqamətində müvafiq işlər görülmüşdür.
2012-ci ilin doqquz ayı ərzində dövlət meşə fondu torpaqlarında 32 ha meşə əkini aparılmışdır ki, bunun da 15 hektarını qiymətli meşə cinsi olan palıq ağacları təşkil etmişdir. 17 hektar sahədə isə qoz-şabalıd cinslərindən ibarət plantasiyalar salınmışdır. Keçən dövr ərzində bağlara və üzümlüklərə qulluq işləri davam etdirilmiş və 350 ədəd köklü fındıq tingi yetişdirilmişdir.
Hazırda rayonda mövcud olan kənd təsərrüfatı texnikaları ehtiyacı tamamilə ödəyir. Belə ki, fəaliyyət göstərən 2 böyük və 2 kiçik həcmli aqroservisdə 115 ədəd kənd təsərrüfatı maşınları cəmlənmişdir. Bundan əlavə rayon üzrə 457 fiziki şəxsdə müxtəlif kənd təsərrüfatı texnikaları vardır. Bütövlükdə rayon üzrə 90 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 444 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskvator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı da daim təzələnir. 2012-ci ildə 11 ədəd yeni kənd təsərrüfatı texnikası alınmışdır.
Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iri buynuzlu mal-qaranın sayı 134 baş artaraq 52555 başa, qoyun-keçilər 559 baş artaraq 218070 başa, donuzların sayı 22 baş artaraq 943 başa, quşların sayı isə 10178 baş artaraq 327266 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli çoxalmışdır. Belə ki, ət istehsalı 85 ton artaraq 3441 ton, süd istehsalı 128 ton artaraq 19733 ton, yumurta istehsalı 137 min ədəd artaraq 7319 min ədəd, yun istehsalı isə 6 ton artaraq 453 ton olmuşdur.Bundan əlavə əhalinin quş əti və yumurtaya olan tələbatının ödənməsi məqsədilə rayonda əvvəllər mövcud olmuş broyler quşçuluq kompleksi təmir olunur və ilin axırınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayonda mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün 8 süni mayalama məntəqəsi fəaliyyət göstərir. 9 ay ərzində 1636 baş inək və düyələrdə süni mayalama aparılmışdır ki, bu da yüksək məhsuldar cinslərin əldə olunmasına imkan yaradacaqdır. May və iyun aylarında süni mayalama və damazlıq işləri üzrə keçirilən respublika seminar-müşavirəsində Qəbələ rayonunda bu sahə üzrə aparılmış işlər yüksək qiymətləndirilmişdir.
Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. Hal-hazırda rayonda epizotik durum demək olar ki, sabitdir. 2012-ci ilin 9 ayı ərzində 18 baş iri buynuzlu və 2 baş xırda buynuzlu heyvanın bruselloza qarşı müayinə zamanı xəstə olduğu müəyyən edilmişdir. Digər yoluxucu xəstəliklər - dabaq, qarayara, leptesprioz, çiçək və sair müşahidə edilməmişdir. Rayon balıqyetişdirmə zavodu tərəfindən göstərilən dövr ərzində 80 min ədəd sağlam kürü yetişdirilmiş və hazırda onların inkişafı istiqamətində işlər aparılır.
Respublikamızın paytaxtı Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak edir. 2012-ci ilin 9 ayı ərzində həmin yarmarkalarda 37 ton tumlu, 41 ton qərzəkli, 12 ton çəyirdəkli meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq olunmuş“ 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəligələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən 8 maddə və 35 bənddən ibarət tədbirlər planı hazırlanmış və aidiyyəti orqanlara təqdim edilmişdir.
Həmçinin qeyd etmək lazımdır ki, qeyd edilən dövlət proqramının icrası ilə əlaqədar olaraq taxılçılığın inkişafına xüsusi diqqət verilir. Məlum olduğu kimi taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin mövcud olmasıdır.Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün, rayonda 5 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2012-ci ildə həmin təsərrüfatlarda 4007 ton I və II reproduksiyalı toxumlar istehsal edilmiş və münasib qiymətlərlə torpaq mülkiyyətçilərinə satılmışdır.
Digər kənd təsərrüfatı sahələrinin inkişafına da diqqət yetirilir. Əhali arasında meyvəçişliyin inkişaf etdirilməsi istiqamətində təbliğat işləri genişləndirilmişdir. Rayon üzrə mövcud bağ sahələri 5603 hektara çatdırılmışdır. Eləcə də, yeni üzüm plantasiyalarının salınması işi davam etdirilir. Hazırda rayonda 406 hektar yeni üzüm bağları mövcuddur. Keçən dövr ərzində bağlara və üzüm plantasiyalarına qulluq işləri davam etdirilmişdir. Üzümçülüyün inkişaf etdirilməsi nəzərə alınaraq rayonda illik gücü 1000 ton olan üzümün ilkin emalı müəssisəsi tikilib, istifadəyə verilmişdir.
2012-ci ilin doqquz ayında rayon icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 611 ədəd yazılı müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 263-ü Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 20-si Nazirlər Kabinetindən, 12-si Milli Məclisdən, 52-si mərkəzi orqanlardan, 264-ü vətəndaşlardan daxil olmuşdur.
Eyni zamanda bu ilin doqquz ayında şifahi qəbullar zamanı rayon icra hakimiyyətində 831 nəfər, yerlərdə keçirilən səyyar görüşlər zamanı 268 nəfər qəbul edilmişdir.
Daxil olan müraciətlər, şifahi qəbul zamanı verilən təkliflər araşdırılaraq hər birinə qanunamüvafiq cavab verilmişdir.
Daha sonra 11 saylı Yol istismar idarəsinin rəisi Əli İsmayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi Qəbələ rayon şöbəsinin direktoru Arzu Hacıyev, “Kapital” Bankın rayon filialının müdiri Vüqar Hüseynov çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermişlər. Çıxışlarda qarşıda duran vəzifələrdən bəhs olunmuş, görüləcək işlər müzakirə edilmiş, təkliflər dinlənilmişdir..
Tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rifiyev iştirak etmişlər. F.Heydərov və Ə.Rufiyev yığıncaqda çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərdən, qazanılan uğurlardan danışmışlar. Sonda
İdarə və təşkilatlarda çalışan bir qrup işçiyə səmərəli fəaliyyətinə görə rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və qiymətli hədiyyələri təqdim edilmişdir