Qəbələ rayonunda karantin qaydalarına nəzarət işləri davam etdirilir.
27 oktyabr 2020-ci il tarixində rayonda mobil qruplar tərəfindən keçirilən reydlər zamanı ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparılmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadənin, sosial məsafənin saxlanılması zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 68 ticarət obyektinə və 71 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 2 nəfər Qəbələ şəhər sakini, 1 nəfər bərbər salonunun, 1 nəfər ictimai iaşə və 1 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən rayon ərazisində mütəmadi olaraq reydlər davam etdiriləcək.