Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Reydlər müntəzəm olaraq davam etdirilir.

29 oktyabr 2020 | 10:00

28 oktyabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə işləri apararaq Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb.  Gün ərzində ümumilikdə 69 ticarət obyektinə və 72 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 4 nəfər rayon sakininə və 1 nəfər bərbər salonunun işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar.  2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən əhali arasında reydlər  maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilir.

Keçidlər