Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.
29 oktyabr 2020-ci il tarixində ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar rayonda fəaliyyət göstərən mobil qruplar tərəfindən ticarət, ictimai iaşə və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı bütün obyektlərdə işçi heyətinə sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara əməl edilməsi və tibbi maskalardan istifadə etmənin vacibliyi barədə ətraflı məlumatlar verilmişdir. Gün ərzində ümumilikdə 70 ticarət və 74 digər obyektlərə baxış keçirilib. Karantin qaydalarını pozduğu üçün 4 nəfər rayon sakini və 1 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.