Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
30 oktyabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər və marifləndirmə tədbirləri davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ticarət, ictimai-iaşə obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmiş və Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirilmişdir. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 71 ticarət obyektinə və 73 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 5 nəfər rayon sakininə, 2 nəfər ticarət və 1 nəfər ictimai iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.