Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər.
28 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə vermiş və müsahibəsində Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında düşmən üzərindəki üstünlüyünü bildirmişdir. Müzəffər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələri, işğal edilmiş ərazilərin 1 ay ərzində xeyli hissəsinin azad edilməsi ordumuzun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan hesab edildiyinin açıq sübutudur. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən Ermənistan hakimiyyəti bütün beynəlxalq normaları pozur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. Azərbaycan və Ermənistan arasında ATƏT-in MİNSK qrupunun üzvləri olan Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə elan olunan atəşkəsi üç dəfə pozan rəsmi İrəvan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir. Hədəfi dinc əhali olan Ermənistanın niyyəti sadəcə təxribat deyil, hərbi cinayətdir. Ermənistan ordusunun atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Lakin Azərbaycan Dövləti Ermənistan tərəfinin işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən döyüşləri dayandırmağa hazırdır. Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Öz taleyini həll etmə beynəlxalq hüququn mühüm prinsipidir, lakin bu digər dövlətin ərazi bütövlüyünü poza bilməz. Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Çünki münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana bu günə qədər əsaslı təzyiq göstərməmişdir. Ermənistan Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə münaqişə dayanar və iki ölkə danışıqlar masasına qayıdar. Lakin Paşinyanın siyasəti Ermənistanın suverenliyinə ciddi zərər verir. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü Ermənistana bu günə qədər əsaslı təzyiq göstərməmişdir. Münaqişənin davam etməsi heç kimin marağında deyil. İşğalın nəticələri aradan qaldırılanda və işğal edilmiş ərazilər qaytarılıb öz torpağından didərgin düşən insanlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Azərbaycanlı və erməni əhalisinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. Lakin indiki vəziyyətdə regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsidir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir. Müsahibəsində gündən-günə inkişaf edən Azərbaycanın iqtisadiyyatına toxunan Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycan bütün dünyada, eləcə də Avropada xüsusi rola sahibdir. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.” Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. 30 il ərzində dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaq, Azərbaycan dövləti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Qarabağa sülh həyatı qaytarılacaqdır. Qarabağ Bizimdir! Qarabağ Aazərbaycandır!