Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Əsgərə məktub” layihəsi davam edir.

03 noyabr 2020 | 09:00

Müharibə şəraitində vətəndaşlarımızın ordumuza sevgisi təqdirəlayiqdir. Respublikamızda həyata keçirilən layihələrdən biri "Əsgərə məktub"dur. Vətəndaşlar tanımadıqları əsgərlərə məktublar yazır, onlara arzu və istəklərini bildirirlər. Arzuların, istəklərin məzmunu xalqın arzusudur, istəyidir: torpaqlarımız işğaldan azad edilsin. Hər məktub bir ürəyin diqtəsidir, hər məktub bir vətəndaşın ordumuza, ordumuzun əsgərinə səmimi müraciətidir. Qəbələ “ASAN xidmət” mərkəzi tərəfindən ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş  Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımızın ünvanladığı məktublarla çatdıracaqlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır.

Keçidlər