Rayonda gündəlik olaraq reydlər davam edir.
03 noyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 68 ticarət və 77 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 nəfər ticarət obyektinin işçisinə 200 manat, 2 nəfər rayon sakini, 2 nəfər ticarət obyektinin və 1 nəfər avtotəmir məntəqəsinin işçisi hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər gündəlik davam etdirilir.