Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejiminin tələblərinə ciddi riayət olunması ilə bağlı reydlər güçləndirilib.

06 noyabr 2020 | 10:00

05 noyabr  2020-ci il tarixində Qəbələdə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən reydlər davam etdirilib. Reyd zamanı vətəndaşlarla sosial məsafənin qorunması və qapalı məkanlarda, xüsusən ticarət və ictimai iaşə obyektlərində nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı sosial məsafəsini saxlamaları və  Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi dövrü üçün müəyyən etdiyi qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur. Gün ərzində 72 ticarət obyektinə və 74 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmiş, 5 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 3 nəfər  rayon  sakininə, 2 nəfər ictimai iaşə və 1 nəfər bərbər salonunun işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat  məbləğində cərimə olunmuşdur. Gündəlik olaraq maarifləndirmə tədbirləri və reydlər ardıcıl olaraq davam etdiriləcək.

Keçidlər