Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda cari ilin 9 ayı ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

22 oktyabr 2013 | 15:00

Rayon icra hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə ötən dövrün rayonun sosial-iqtisadi həyatında uğurlu nəticə ilə yadda qaldığı, bu müddətdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığı, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin həllinə diqqətin artırıldığı vurğulanmışdır.Tədbirdə  rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2013-cü ilin 9 ayı ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Qəbələdə 212.735 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5.193 min manat, yaxud 2,5 faiz çox olmuşdur. Cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 1.966 min manat, yaxud 17,6 faiz, kənd təsərrüfatında 1.767 min manat, yaxud 3,9 faiz, tikintidə 273 min manat, yaxud 0,2 faiz, nəqliyyatda 57 min manat, yaxud 2,4 faiz, rabitədə 30 min manat, yaxud 5,1 faiz, ticarətdə 1.100 min manat, yaxud 5,1 faiz artmışdır.Bundan əlavə hesabat dövründə Qəbələ Mədəniyyət  Mərkəzinin, Qaradeyn kəndində şərab zavodunun, Böyük Əmili kəndində və Vəndam qəsəbəsində iki ədəd 1200 başlıq heyvandarlıq kompleksinin, Qəbələ şəhərində 1200 yerlik “Konqres Holl”un, “Karvansaray” hotelinin, Zaragan kəndində 2 ədəd  5 mərtəbəli, 155 mənzilli yaşayış binalarının inşası, Qəbələ-Ağdaş   avtomobil    yolunun   22 kilometrlik hissəsinin yenidən qurulması, Qəbələ-Oğuz  avtomobil   yolunun   əsaslı   təmiri,   Kiçik Pirəlli kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisi işləri başa çatmdırılmış, rayonun Nohurqışlaq kəndinə təbii qaz çəkilşi tamamlanmışdır.Bununla yanaşı, “Qəbələ” Futbol Klubunun Uşaq Futbol Akademiyası və stadionlar kompleksinin, Qəbələ şəhərinin şimal hissəsində inşa edilən “Qəbələ-2” yanğınsöndürmə deposunun inşası, Dəmiraparançay və Durcaçay hövzələrində sahilbərkitmə işləri, Qəbələ-Küsnət-Laza avtomobil yolu və Dəmiraparan çayı üzərində 10 aşırımlı, 324 pm uzunluğunda dəmir-beton körpünün tikintisi, Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun yenidən qurulması, Bum qəsəbəsində inşa edilən “Stend atıcılığı kompleksi”nin, “Tufandağ” dağ xizək yay-qış istirahət kompleksinin, “Akvapark” istirahət kompleksinin, Qolf kompleksinin və Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir.Hazırda Qəbələ şəhərində 360 şagird yerlik tam orta məktəb, Yengicə kəndində 80 şagird yerlik və Zirik kəndində 220 şagird yerlik ümumi orta məktəb binalarının tikintisi həyata keçirilir. Qəbələ şəhərinin Sahil, Həzi Aslanov, Musabəyov və Xalid Qasımov küçələrində, Nic və Bum qəsəbələrində abadlıq işləri davam etdirilməkdədir.Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək təmsil etdikləri sahədə görülmüş işlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışlar.Yığıncaqda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili  Fəttah Heydərov çıxış edərək ötən dövr ərzində rayonun sosial- iqtisadi inkişafında yüksək nəticələr əldə edildiyini vurğulamış, bu istiqamətdə işlərin davam etdirilməsi üçün Qəbələyə yüksək dövlət dəstəyi göstəriləcəyini qeyd etmişdir.  Daha sonra Fəttah Heydərov  9 oktyabrda ölkədə keçirilən Prezident seçkilərində xalqın əksəriyyətinin mütəşəkkil iştirak etdiyini və böyük əzmlə Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin müstəqilliyimizin, sülhün, əmin-amanlığın, firavanlığın və işıqlı sabahımızın qarantı kimi yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini diqqətə çatdırmışdır. Sonda rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev  rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Varis  Yaqubovun  Azərbaycan Respublikası  Prezidenti möhtərəm cənab İlham Əliyevin 27 iyun 2013-cü il tarixli 2978 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş və həmin mükafatın təntənəli təqdimatı keçirilmişdir. Varis Yaqubova bu yüksək ödülü Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, təltifin vəsiqəsini isə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab  Səbuhi Abdullayev təqdim etmişdir. Varis Yaqubov  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  öz dərin ehtiramını və minnətdarlığını ifadə edərək bunu rayonun bütün dövlət qulluqçuları və RİH-nin əməkdaşlarının xidmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirdiyini bildirmişdir.Yekunda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev idarə, təşkilat və müəssisə rəhbərlərinə cari tapşırıqlarını və tövsiyələrini vermişdir.

Keçidlər