Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda mobil qruplar tərəfindən ticarət və digər obyektlərə nəzarət işləri gücləndirilib.

06 noyabr 2020 | 16:00

06 noyabr 2020-ci il tarixində rayonda yaradılmış mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı onlar ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadənin, sosial məsafənin saxlanılması zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 70 ticarət obyektinə və 77 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 5 nəfər rayon sakini və 3 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən rayon ərazisində mütəmadi olaraq reydlər davam etdiriləcək.

Keçidlər