Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım İnqam Malem Qəbələ rayonunda səfərdə olmuşdur.

10 noyabr 2020 | 16:00

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili xanım İnqam Malem noyabrın 10-da tanışlıq məqsədilə Qəbələyə səfər etmişdir. Xanım İnqam Malem və onun başçılıq etdiyi nümayəndə heyəti rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev tərəfindən qəbul edilmişdir. Ona rayon haqqında və rayonun sosial-iqtisadi göstəriciləri haqqında geniş məlumat verilmişdir. Səfər çərçivəsində xanım İnqam Malem və onun başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət etmiş, rayonda fəaliyyət göstərən sənaye və turizm infrastrukturu ilə tanış olmuşdur.

Keçidlər