Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi məqsədi ilə reydlər davam etdirilir.

12 noyabr 2020 | 10:00

11 noyabr 2020-ci il tarixində mobil qruplar tərəfindən koronovirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində reydlər davam etdirilib. Xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün baxış keçirilib.  Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır.  Gün ərzində ümumilikdə 70  ticarət obyektinə və 77 digər obyektə baxış keçirilib.  Karantin qaydalarını pozduğu üçün 1 nəfər  Qəbələ şəhər  sakininə və 2 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat  məbləğində cərimə olunmuşdur. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri davam etdiriləcək.

Keçidlər