Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 10 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edilib.

13 noyabr 2020 | 06:00

Noyabırın 12-də Qəbələ rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edilib. Təqdim etmə mərasimində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak ediblər.  Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri ərazilərimizin Ermənistanın işğalından azad edildiyinə görə fərəh və sevinclərini bölüşüblər. Onlar tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər. Yenilməz Ordumuzun dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin haqq savaşında yüksək vətənpərvərliyə və döyüş hazırlığına əsaslanan misilsiz rəşadətindən iftixar hissi keçirdiklərini vurğulayıblar. Şəhid ailəsi üzvləri və müharibə əlilləri onların sosial müdafiəsinə daim xüsusi qayğı göstərilməsindən də razılıqla bəhs edib, bu qayğıya və yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər. Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bu sarsılmaz birliyin qarşıdakı dövrdə də xalqımıza daim qələbələr gətirəcəyini vurğulayıblar.

Keçidlər