Maarifləndirmə tədbirləri və reydlər davam etdirilir.
14 noyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və karantin qaydalarına tam əməl edilməsi üçün lazımi tədbirlər görülmüşdür. Gün ərzində ümumilikdə 66 ticarət və 81 digər obyektə baxış keçirilmişdir. 5 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər rayon sakininə, 4 nəfər ticarət və 1 nəfər iaşə obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.