Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejimi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması vəziyyətini öyrənmək və maarifləndirmə aparmaq məqsədi ilə tədbirlər davam etdirilir.

16 noyabr 2020 | 16:00

16 noyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 67 ticarət və 80 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər Qəbələ rayon sakininə, 1 ticarət obyektinin və 1 nəfər bərbər salonunun işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir.  Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər gündəlik davam etdirilir.

Keçidlər