Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişdir.

03 noyabr 2013 | 10:00

Qəbələ Beynəlxalq  Hava Limanında  Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev  tərəfindən qarşılanan qonağa rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, rayonda turizm sektoru ilə yanaşı sənaye müəssisələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. Diqqətə çatdırılmışdır ki,  rayonda,  yeyinti məhsulları, süd emalı, konserv, istehsal gücü 10 min dkl olan şərab zavodu, tikinti materialları istehsalı müəssisələri, kərpic istehsalı zavodları, piano fabriki, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və saxlanması üçün 5 min tonluq soyuducu anbarları inşa edilərək istifadəyə verilmişdir.
Qeyd olunmuşdur ki, bu gün Qəbələdə istehsal olunan məhsullar bir cox ölkələrə ixrac olunur .
Bildirilmişdir ki, rayonda  2003-2013-cü ilin doqquz ayı ərzində  rayonda 9415-i daimi olmaqla 11463 yeni iş yeri yaradılmışdır ki, bu da əhalinin işlə təmin olunması istiqamətində atılmış uğurlu addımlardan biridir. Bütün bunlarla yanaşı rayonun geniş  turizm potensialı olduğu bildirilmiş 7 otel və 9 istirahət kompleksinin fəaliyyət göstərdiyi qeyd olunmuşdur.
Qəbələ rayonu ilə tanışlıqdan məmnunluğunu ifadə edən Emil Konstantinesku rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində aparılan geniş quruculuq işlərində uğurlar arzulamışdır.

Keçidlər