Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində reydlər davam etdirilir.

20 noyabr 2020 | 10:00

19 noyabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və karantin qaydalarına tam əməl edilməsi üçün lazımi tədbirlər görülmüşdür. Gün ərzində ümumilikdə 69 ticarət və  78 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 2 nəfər rayon sakini və 3 nəfər ticarət obyektinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

 

 

Keçidlər