Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Mobil qruplar tərəfindən reydlər davam etdirilir.

21 noyabr 2020 | 10:00

20 Noyabr 2020-ci il tarixində rayonda mobil qruplar tərəfindən keçirilən reydlər zamanı ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparılmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadənin, sosial məsafənin saxlanılması zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması  bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində 74 ticarət obyektinə və 73 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 2 nəfər Qəbələ şəhər sakini və 1 nəfər çilingər məntəqəsinin işçisi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən rayon ərazisində mütəmadi olaraq reydlər davam etdiriləcək.

Keçidlər