Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının təsis olunmasının 28-ci ildönümü münasibəti ilə onlayn iclas keçirilib.

22 noyabr 2020 | 04:00

20 Noyabr 2020 ci il tarixində  Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 28-ci il dönümü munasibəti ilə idarə heyəti şurasının üzvləri, fəallar, qadınlar və gənclər təşkilatının üzvlərinin iştirakı ilə onlayn formatda iclas keçirilib. Onlayn iclasda təşkilatın sədri Abil Ağasəfov iclas iştirakçılarını, bütün YAP üzvlərini Yubiley münasibətilə təbrik etmişdir. Rayon təşkilatının sədri çıxışında Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının təsis edilməsi və respublikada güclü siyasi qüvvəyə çevrilməsi yolundakı əvəzedilməz fəaliyyətindən danışmışdır. Abil Ağasəfov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bütün sahələrdə olduğu kimi partiya quruculuğu sahəsində də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirmişdir. Bunun nəticəsidir ki, hazırda Yeni Azərbaycan partiyası nəinki ölkəmizdə, hətta bütün regionda ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatı qadınlar şurasının sədri Arifə Bayramova, gənclər birliyinin sədri Anar Şirinov, Qəbələ qəzetinin redaktoru  Azad Məmmədov iclasda çıxış etmişlər.

Keçidlər