Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda mobil quruplar tərəfindən ticarət və digər obyektlərə nəzarət işləri gücləndirilib.

28 noyabr 2020 | 10:00

27 noyabr 2020-ci il tarixində rayonda yaradılmış mobil quruplar tərəfindən  ticarət və digər obyektlərə nəzarət işləri gücləndirilib. Aparılan reydlər zamanı onlar ictimai-iaşə, ticarət və digər obyektlərdə çalışan şəxslərlə maarifləndirici söhbətlər aparmış, xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadənin, sosial məsafənin saxlanılması zəruriliyi və gigiyenik qaydalara düzgün riayət olunması bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 86 ticarət obyektinə və 72 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir Karantin qaydalarını pozduğu üçün13 nəfər rayon sakini İnzibati  Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur.  5 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən rayon ərazisində mütəmadi olaraq reydlər davam etdirilir.

Keçidlər