Yaralanmış Vətən Müharibəsi qaziləri evlərində ziyarət olunub.
03 dekabr 2020 | 01:00
01 dekabr 2020-ci il tarixində Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri tərəfindən Vətən Müharibəsi döyüşləri zamanı yaralanan qazilərimiz ziyarət edilmişdir. Ziyarətçilər yaralanmış hərbiçilərin və ailələrinin problemləri ilə maraqlanımış, onlara ərzaq yardımları çatdırmışlar. Həmçinin ölkəmizdə elan edilmiş qismən səfərbərlik ilə əlaqədar olaraq hərbi xidmətə göndərilmiş şəxslərin ailələrinə ərzaq sovqatları çatdırılmışdır.