Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.
02 dekabr 2020-ci il tarixində mobil qruplar tərəfindən koronovirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində reydlər davam etdirilib. Xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət, ictimai iaşə və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün baxış keçirilib. Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və digər karantin qaydalarına əməl etməyin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılmışdır. Gün ərzində ümumilikdə 89 ticarət obyektinə və 82 digər obyektə baxış keçirilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 6 nəfər Qəbələ rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Bu istiqamətdə reydlər və maarifləndirmə tədbiləri gündəlik olaraq davam etdirilir.