Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
03 dekabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilib. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilib. Gün ərzində ümumilikdə 90 ticarət və 82 digər obyektə baxış keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 5 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində reydlər və maarifləndirmə tədbiləri davam etdiriləcək.