Mobil qruplar tərəfindən reydlər davam etdirilir.
06 dekabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri, karantin qaydalarına riayət olunmasına nəzarət üçün tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha izah edilmişdir. Gün ərzində ümumilikdə 94 ticarət və 88 digər obyektə baxış keçirilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 8 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir.Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.