Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun ticarət və digər obyektlərində reydlər davam etdirilir.

07 dekabr 2020 | 16:00

07 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ticarət və ictimai-iaşə obyektlərində olmuş, maarifləndirmə işi apararaq Operativ Qərargahın qərarlarına uyğun digər tədbirlər həyata keçirmişlər. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 95 ticarət obyektinə və 89  digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, 2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 1 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunmuş və bir nəfər Tərtər rayon sakininə 10 sutka həbs qətimkan tədbiri görülmüşdür. Bu istiqamətdə maarifləndirmə tədbirləri və reydlər müntəzəm olaraq davam etdirilir

Keçidlər