Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirusa qarşı mübarizə tədbirləri intensivləşdirilib.

09 dekabr 2020 | 16:00

09 dekabr 2020-ci il tarixində  rayon ərazisində koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ciddi nəzarət tədbirləri intensivləşdirilmişdir. Operativ Qərargah tərəfindən yaradılmış mobil qruplar respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ictimai iaşə, ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı gün ərzində ümumilikdə 98 ticarət obyektinə və 91 digər obyektə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarını pozduğu üçün 7 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.

Keçidlər