Karantin rejimi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması vəziyyətini öyrənmək məqsədi ilə reydlər davam etdirilir.
10 dekabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət tədbirləri davam etdirilmişdir. Reydlər zamanı mobil qruplar tərəfindən vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 99 ticarət və 93 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 3 nəfər Qəbələ rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mobil qruplar tərəfindən tədbirlər gündəlik davam etdirilir.