YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin təşkilatcılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn video-müşavirə keçirmişdir.
11 dekabr 2020 ci il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı Gənclər Birliyinin təşkilatcılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn video-müşavirə keçirmişdir. Müşavirədə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı idarə heyəti şurasının üzvləri, gənclər birliyinin üzvləri və fəallar iştirak etmişlər. YAP Qəbələ rayon təşkilatın sədr müavini Elçin Tağıyev, Gənclər Birliyinin sədri Anar Şirinov, Qəbələ qəzetinin redaktoru Azad Məmmədov çıxış edərək bildirmişlər ki, ulu öndər Heydər Əliyevin bütün həyatı və fəaliyyəti doğma Azərbaycana, azərbaycan xalqına sədaqətlə xidmətə həsr olunmuşdur. Sovetlər dönəmində, 1969-cu ildə Azərbaycanın rəhbəri vəzifəsinə seçilən Heydər Əliyev bütün qadağalara baxmayaraq Azərbaycanı gələcək müstəqillik dövrünə hazırlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyata, təhsilə, mədəniyyətə, kadr potensialına malik bir respublikaya çevrilmişdir. Heydər Əliyev Azərbaycanı müstəqilliik illərinin ilk çətin illərindən məharətlə çıxararaq ictimai və siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkə səviyyəsinə çıxarmışdır. Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyən etdiyi yolla yeni-yeni zirvələrə doğru inamla irəliləyir.