Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

09 noyabr 2013 | 16:00

İlk öncə rayon ictimaiyyəti şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra Qəbələ Mədəniyyət Mərkəzinin tamaşaçı zalında tədbir davam etdirilmişdir. Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin idarə müəssisə və təşkilat rəhbərlərinin, rayon ağsaqqallarının, sahibkarların, məktəbli şagirdlərin iştirak etdiyi toplantıda Azərbaycanın müasir bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin "Bayraq Günü" kimi qeyd edilməsi haqqında geniş məlumat verilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısı cənab Səbuhi Abdullayevin  “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə rayon ictimaiyyətinə təbriki iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan  Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik simvoluna çevrilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə, ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Qeyd olunmuşdur ki, Dövlət Bayrağı respublikamızın bütün dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində ucalır. Mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Üç rəngli Bayrağımız müstəqilliyimizin rəmzi olmaqla yanaşı həm də bizim milli qururumuz, milləti millət edən milli mənliyimizdir.
Diqqətə çatdırılmışdır ki, bu gün müstəqillik yollarında qətiyyətlə addımlayan Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi sayəsində sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Artıq iqtisadi inkişafın Azərbaycan modeli bir çox ölkələrə nümunədir.
Tədbirdə rayonun mədəniyyət və incəsənət kollektivləri vətənpərvərlik və dövlətçilik mövzusuna həsr olunmuş rəngarəng konsert proqramı ilə çıxış etmiş, Azərbaycanın dövlər atributlarını tərənnüm edən kompozisiyalar nümayiş etdirmişlər.
Tədbir tamaşaçıların alqış sədaları altında başa çatmış, onlarda xoş duyğular yaratmışdır.

Keçidlər