Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
12 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmişlər. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 103 ticarət obyektinə və 95 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 5 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. Bu istiqamətdə maarifləndirmə tədbirləri müntəzəm olaraq davam etdirilir.