Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda koronavirus pandemiyasına qarşı keçirilən kompleks tədbirlər güçləndirilmişdir.

14 dekabr 2020 | 16:00

14 dekabr 2020-ci il tarixində Qəbələ rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə kompleks tədbirlər güçləndirilmişdir. Mobil qruplar tərəfindən vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılması, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunması məqsədilə maarifləndirmə və izahat işləri aparılmışdır. Gün ərzində ümumilikdə 107  ticarət və 98 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 5 nəfər Qəbələ rayon sakini hər biri 100 manat, 2 nəfər ictimai iaşə obyektinin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 200 manat məbləgində cərimə olunmuşlar. 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Keçidlər