Ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar reydlər intensivləşdirilib.
15 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Gün ərzində mobil qruplar əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində olmuş, maarifləndirmə işi apararaq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirmişlər. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 109 ticarət obyektinə və 99 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 4 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər birinə 100 manat məbləğində cərimə olunmüşdür. Bu istiqamətdə maarifləndirmə tədbirləri və reydlər müntəzəm olaraq davam etdirilir.