Rayonda mobil quruplar tərəfindən ticarət və digər obyektlərə nəzarət işləri gücləndirilib.
16 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda, apteklərdə və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmişdir. Reydlər zamanı tibbi maskadan istifadənin vacibliyi və sosial məsafənin saxlanılması bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 111 ticarət obyektinə və 101 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 3 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən reydlər və əhali arasında müntəzəm olaraq davam etdirilir.