Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Uşaqlar gələcəyimizdir” mövzusunda onlyan müşavirə keçirilmişdir.

18 dekabr 2020 | 07:00

17 dekabr 2020-ci il tarixdə Qəbələ rayon icra hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Şirinov tərəfindən “Uşaqlar gələcəyimizdir” mövzusunda onlyan müşavirə keçirilmişdir. Müşavirədə Qəbələ Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti, onların təhsil hüquqlarının təmin olunması, uşaqların və gənclərin sosial müdafiəsi və mövcud çətinliklər, dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı və digər məsələlərdən ətraflı bəhs etmişlər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər