Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə xüsusi karantin rejimi ilə bağlı gündəlik olaraq reydlər davam etdirilir.

17 dekabr 2020 | 16:00

17 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində maarifləndirmə işi aparılaraq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirmiş, vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 113 ticarət obyektinə və 102 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, 7 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 6 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər birinə 100 manat məbləğində cərimə olunmüşdür. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər