Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Maarifləndirmə tədbirləri və reydlər davam etdirilir.

18 dekabr 2020 | 16:00

18 dekabr 2020-ci il tarixində  rayon ərazisində mobil qruplar tərəfindən koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə maarifləndirmə tədbirləri davam etdirilmişdir. Mobil qruplar respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı rayonun ticarət və digər obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparmışlar. Reydlər zamanı gün ərzində ümumilikdə 114 ticarət obyektinə və 103 digər obyektə baxış keçirilmişdir. 4 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.

Keçidlər