Pandemiya ilə mübarizə çərçivəsində tədbirlər intensivləşdirilib.
19 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı mobil qruplar tərəfindən reydlər davam etdirilib. Onlar əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmişlər. Reydlər zamanı tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 115 ticarət obyektinə və 105 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilmişdir. 6 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu istiqamətdə reydlər müntəzəm olaraq davam etdirilir.