Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
20 dekabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri və karantin qaydalarına riayət olunmasına nəzarət üçün tədbirlər davam etdirilmişdir. Mobil qruplar tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək üçün reydlər aparılıb. Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha izah edilmişdir. Gün ərzində ümumilikdə 117 ticarət və 106 digər obyektə baxış keçirilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.