Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xalqını dünyaya tanıdan müdrik insan”

15 noyabr 2013 | 10:00

Qəbələ Rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş  “Xalqını dünyaya tanıdan müdrik insan” mövzusunda  tədbir keçirilmişdir. Tədbiri Heydər Əliyev mərkəzinin direktoru Xəyalə İsayeva açaraq Mərkəzdə keçirilən silsilə tədbirlərdən,  orta məktəblərdə təşkil olunan açıq dərslər haqqında ətraflı məlumat verərək, gənclərin ümummilli liderin irsinə olan marağından söz açdı. Qeyd olundu ki, Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Sadə zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bir çox maneələrədən , çətinliklərdən keçən, SSR kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin qalibi kimi daxil olmuşdur. Diqqətə çatdırıldı ki, Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır. Bu nadir dühanın siyasət aləminin bitib tükənməyən sahillərini görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən vətən üçün, xalqından ötrü heç kəsin gözləmədiyi, heç kəsin bacarmadığı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunların hamısı bir keyfiyyət altında birləşirdi. Heydər Əliyev Böyük Azərbaycanlı idi. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarı idi. Heydər Əliyev Azərbaycan xalqının planetə bəxş etdiyi bir möcüzə idi. Dünyanın onlarla nüfuzlu elm və təhsil ocağı ümummilli liderimizin dövlət quruculuğu sahəsində dərin elmi yanaşmanı, zəngin nəzəri biliklərinin və bunun təcrübədə məharətlə tətbiqini nəzərə alaraq dahi Heydər Əliyevə fəxri doktor və professsor elmi adları verməyi özlərinə şərəf bilmişlər.Bildirildi  ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli Sərəncamı ilə ümummilli liderimizin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, onun zəngin irsinin təbliği qərara alınmışdır. Yubiley ərəfəsində ümummilli liderin zəngin ictimai-siyasi fəaliyyətinin hərtərəfli öyrənilməsi və təbliği məqsədilə bütün bölgələrdə, eyni zamanda Qəbələ rayonunda, idarə və müəssisələrdə, təhsil ocaqlarında yığıncaqlar, konfranslar, digər kütləvi tədbirlər keçirilib.Bu gün hər birimiz Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəslə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməliyik. Qeyd olunmalıdır ki, Azərbaycanın gələcək milli inkişaf siyasətinin əsas və uzunmüddətli perspektivlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası dahi rəhbərimizin milli inkişaf təliminin məntiqi davamı olaraq Azərbaycandakı bütün proseslərin uğurla həyata keçirilməsinə, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma, əhalinin sosial rifahının daha da yüksəldilməsinə hesablanmışdır.Tədbirdə rayon İcra hakimiyyəti ictimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vusalə Rəsulova çıxış edərək bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə böyük ideya-nəzəri irs qoyub getmişdir. Heydər Əliyev irsindən Azərbaycan cəmiyyətini təşkil edən nəsillər, etnoslar, alimlər, müəllimlər, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar, dövlət məmurları və ziyalılar daim bəhrələnirlər. Azərbaycan dünyada yüksək imicə malik olan ölkə kimi tanınır, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, paytaxt Bakı mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatımızın yüksələn xətlə inkişaf etməsi nəticəsində son illər ərzində dövlət büdcəmiz 25 dəfə, sənaye istehsalı 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 49%-dən 6%-ə düşmüş, valyuta ehtiyatları 46 milyard dollara çatmış, işsizlik cəmi 5,2% təşkil etmişdir.Bildirildi ki, Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil olunmasında görürdü.  Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar. Dəyirmi masa ətrafında davam edən maraqlı fikir mübadiləsinin sonunda tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən Heydər Əliyev Mərkəzinin hazırladığı video çarxa tamaşa etdilər.

Keçidlər