Pandemiya ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
24 dekabr 2020-ci il tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirimişdir. Reydlər zamanı sakinlərlə marifləndirici söhbətlər aparılmış, onlara pandemiyaya qarşı mübarizədən irəli gələn qaydalara riayət etmələri izah olunmuşdur. Sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində 123 ticarət və 110 digər vətəndaşlar tərəfindən daha çox müraciət olunan obyektlərə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Pandemiyaya qarşı mübarizə tədbirləri mütəmadı olaraq davam etdiriləcək.