Qəbələdə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
26 dekabr 2020 | 16:00
26 dekabr 2020-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilib. Mobil qruplar tərəfindən aparılan reydlər zamanı vətəndaşlara bir daha tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi izah edilib. Gün ərzində ümumilikdə 125 ticarət və 112 digər obyektə baxış keçirilmişdir. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə bağlı tədbilər davam etdirilir.