Vətən müharibəsi qazilərimiz daim diqqət mərkəzindədir.
28 dekabr 2020 | 06:00
26 dekabr 2020-ci il tarixdə Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri tərəfindən Vətən müharibəsi döyüşləri zamanı yaralanaraq evlərinə qayıdan Vəndam qəsəbə sakinləri Aslanlı İsmayıl Tofiq oğlu, Alışanov Yasin Zaur oğlu, Bum qəsəbə sakini Kərimov Ömər Laçın oğlu, Kiçik Pirəli kənd sakini Ağababayev Faiq Vahid oğlu, Quşlar kənd sakini Hayıfzadə Cəsur Elşad oğlu, Tövlə kənd sakini Rəhmanov Rəhman Eldar oğlu, Xırxatala kənd sakini Nadirli Laçın Ələmşah oğlu evlərində ziyarət edilmişlər. Ziyarətçilər yaralanmış qazilərin və ailələrinin problemləri ilə maraqlanmış, onlara ərzaq yardımları çatdırmışlar.