İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 6-cı Beynəlxalq Forum öz işinə başlamışdır.
Qəbələ rayonunda İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair 6-cı Beynəlxalq Forum öz işinə başlamışdır.
İlk öncə Forum iştirakçıları Qəbələ şəhərinin mərkəzindəki Heydər Əliyev parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər. “Qafqaz Resort hotel” in konfrans zalında keçirilən forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Çin, Qırğızıstan, Gürcüstan, İtaliya, Moldova, Serbiya və Özbəkistanın gömrük xidməti orqanlarının məsul şəxsləri, həmçinin 5 beynəlxalq təşkilatın-Asiya İnkişaf Bankı, Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin 33 nümayəndəsi iştirak edir. Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev, Türkiyənin Ticarət və Gömrük Naziri Hayati Yazici, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Baş katibinin müavini Qismət Gözəlov və TRASECA Katibliyinin nümayəndəsi iştirak etmişlər . İki gün davam edəcək Forumun keçirilməsində əsas məqsəd ölkələr arasında gömrük sərhəd keçid prosedurlarının sadələşdirilməsi, ipək yolu ölkələrində tranzit sistemləri, gömrük- biznes əməkdaşlığına dair təcrübə mübadiləsi və Ümumdünya Gömrük Təşkilatının Çərçivə Standartları (İnteqrəedilmiş Sərhəd İdarəçiliyi) bölmələri üzrə- “Avropa Qafqaz Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) imkanları və perspektivləri, “Karvansara” layihəsi, “Ümumi tranzit”, “İƏT ölkələrində nəqliyyat dəhlizi” , “Türkiyə quru sərhəd qapılarının modernləşdirilməsi, “MARİƏ İnteqrəedilmiş Ticarətin Sadələşdirilməsi”, “Əlaqələndirilmiş Sərhəd İdarəçiliyi”, “Gömrük İslahatları: reallıqlar və perspektivlər” və digər mövzuların müzakirəsi nəzərdə tutulur.