Qəbələ rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
30 dekabr 2020 | 10:00
29 dekabr 2020-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində maarifləndirmə işi aparılaraq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirmiş, vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 129 ticarət obyektinə və 115 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, 2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.