Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bu gün “Azərbaycanın Milli Qəhrəmanı” General Polad Həşimovun doğum günüdür.

03 yanvar 2021 | 07:00

2 yanvar 2021-ci il tarixdə “Azərbaycanın Milli Qəhrəmanı” General Polad Həşimovun doğum günü münasibəti ilə doğulduğu Vəndam qəsəbəsində anım mərasimi keçirilmişdir. Anım mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri ilə yanaşı rayon və qəsəbə içtimayətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Vəndam qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəsi İlham Bağırov, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Rəşad Əhmədov çıxış edərək qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibasində ordumuzun qələbəsindən danışmışlar. Həmçinin tədbirdə ailə üzvü Babək Səmədov çıxış etmiş ölkə rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılmış böyük qələbəyə və qəhrəman şəhidimizə “Azərbaycanın Milli Qəhrəmanı” adı verdiyinə görə minnətdarlıqlarını bildirmişlər. Sonda şəhidin xatirəsinə dualar oxunmuşdur.

Keçidlər